Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay meyvələrini niyə yeməliyik?

Yay meyvələrini niyə yeməliyik?

Tarix: 13 Iyun 2020 15:51

Yay meyvələrinin hər birinin insan bədəninə ayrı faydası var. Alimlər fərqli mineral və vitaminləri almaq üçün miqdarını aşmamaq şərtilə meyvə yeməyin labüd olduğunu bildirir.

Sonxeber.net Axşam.az-a istinadən sizə yay meyvələrinin faydası haqda informasiya təqdim edir:

Çiyələk: Ən önəmli anti-oksidantlardan biridir. C vitamini ilə zəngindir. Bədən hüeyrələrini qoruyur. Xərçəng və ürək xəstəliklərinə qarşı mühafizəkardır. Eləcə də, dərinin yenilənməsində rol oynayır.

Ərik: Sarı meyvələr A vitamini və beta-karotendən ibarətdir. Bundan başqa, C vitamini, potasium və liflərlə zəngindir. Göz və ürək xəstəlikləri, ifrazat üçün faydalıdır.

Gilas: Vücudda yığışan mayeni atmağa kömək edir. Tərkibində potasium yüksək olduğuna görə ürək xəstəliklərindən qoruyur. Xolosterolu aşağı salır.

Üzüm: Təzəsi, qurusu və doşabı ilə bir çox faydası var. Liflər, C vitamini və potasiumdan ibarətdir. Çəyirdəyi antioksidantdır. Üzüm qabığındakı C və E vitamini isə xərçəngdən qoruyur.

Qarpız: Bu giləmeyvələr bol su, likopen və beta-karotenlə zəngindir. Xolosterol və prostat xərçənginin qarşısını alır. Həmçinin, qan dövranını sürətləndirir.


Etiketlər:  meyvələrini niyə yeməliyik


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ