Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 07:20
Bakı. Trend:
Növbəti bir neçə ay ərzində ABŞ-a sığınacaq almaq üçün gələn 50 minə yaxın miqrant Meksika ərazisinə qaytarıla bilər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Meksikanın daxili işlər nazirinin miqrasiya və insan hüquqlarının qorunması məsələləri üzrə müavini Alexandro Ensinas deyib.
Mexiko və Vaşinqton arasında ötən həftə əldə edilən razılaşmaya əsasən, ABŞ miqrantların sənədlərini yoxlayana qədər onlar Meksikada qalacaqlar.
Nazir müavini qeyd edib ki, son bir neçə həftə ərzində Meksikada da rekord sayda sığınacaq istəyi qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin