Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 09:39
Bakı. Sara İsrafilbəyova - Trend:
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabata əsasən, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb.
Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus və 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub.
Bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalının ümumi həcmi 354,9 milyon manat təşkil edib. Bu göstərici Azərbaycanın idxal etdiyi bütün məhsullar arasında 7,8 faiz paya malikdir.
Qeyd edək ki, 2018-ci ildə ölkəyə 28 876 nəqliyyat vasitəsi idxal olunmuşdu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin