Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 21:24
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,5 faiz artaraq 859,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, göstərilən xidmətin 71,9 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 79,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 362,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.