Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maqnus Karlsen "Clutch Chess International" onlayn-turnirin qalibi olub

Maqnus Karlsen

Tarix: 15 Iyun 2020 07:16

Bakı. Trend:

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen "Clutch Chess International" onlayn-turnirinin finalında amerikalı Fabiano Karuana üzərində qələbə qazanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, final oyunu 9,5:8,5 hesabı ilə yükunlaşıb.

Bildirilir ki, final yolunda M.Karlsen amerikalı Ceffri Cyun və erməni Levon Aronyanı məğlub edib, F.Karuana isə ABŞ-ı təmsil edən Lenyer Dominges və Uesli So üzərində qələbə qazanıb.

Qeyd edək ki, turnirin mükafat fondu 265 min dollar olub. M.Karlsen turnirin qalibi kimi 75 min dollar qazanıb.


Etiketlər:  Maqnus Karlsen Clutch Chess International onlayn turnirin qalibi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ