Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada onlayn beynəlxalq animasiya festivalı başlanıb

Fransada onlayn beynəlxalq animasiya festivalı başlanıb

Tarix: 16 Iyun 2020 05:30

Bakı. Trend:

Ansi gölünün sahilində eyni adlı fransız şəhərində 70 ölkədən çox cizgi filmləri rəssamlarının iştirakı ilə keçirilən beynəlxalq animasiya festivalı pandemiya səbəbindən onlayn formatda işinə başlayıb.

Trend-in məlumatına görə, 60 illiyini qeyd etməli olan nümayişlər iyunun 15-də start götürüblər və iyunu ayının 30-dək davam edəcəklər.

"Tarixdə ilk dəfə olaraq onlayn formatda olan Ansi festivalını açıq elan edirik. 2020-ci ildə onlayn nəşrimiz mövcud vəziyyətə uyğunlaşıb. Bu festivalda iştirak etmək və evdə ən yaxşı animasiyalardan zövq almaq üçün istisna bir fürsətdir", - təşkilatçılar qeyd ediblər.

Ansidəki festival və film bazarı animasiya dünyasının ən qədim və əlamətdar hadisələrindən biridir. Nümayiş 1956-cı ildə ilk dəfə Kann film festivalında yaranan "Beynəlxalq Animasiya Günləri" xüsusi cizgi filmləri hissəsindən 1960-cı ildə ayrı bir festivala çevrilib.


Etiketlər:  Fransada onlayn beynəlxalq animasiya festivalı başlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ