Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-nın Avropa Liqası qərarı

UEFA-nın Avropa Liqası qərarı

Tarix: 16 Iyun 2020 11:02

UEFA Avropa Liqası ilə bağlı qərarını verib.

Qol.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, turnirin qalan oyunları Çempionlar Liqası kimi "səkkizlər finalı formatında keçiriləcək. Matçlar avqustun 10-dan 21-dək Almaniyanın Duysburq, Qelzenkirxen, Düsseldorf və Köln şəhərlərində keçiriləcək. Kölndə eyni zamanda final görüşü oynanılacaq. Burada həmçinin 1/8 final mərhələsinin  "İnter" - "Xetafe", "Roma" - "Sevilya" ilk görüşləri keçiriləcək.  Bu cütlüklər öz aralarında yalnız bir oyun keçirəcək, çünki onların ikinci görüş oyanamaqlarına vaxt olmayacaq.

1/8 finalın ilk qarşılaşmalarını oynamış digər cütlüklərə gəlincə,  onlar əvvəlcədən nəzərdə tutulmuş yerlərdə azarkeşlərsiz cavab matçlarına çıxacaqlar. 1/8 finalın cavab görüşləri çərçivəsində "Kopenhagen" – "Başakşəhər", "Vulverhempton" – "Olimpiakos", "Bayer" – "Reyncers", "Volfsburq" – "Şaxtyor", "Bazel" – "Ayntraxt" və "Mançester Yunayted" – LASK üz-üzə gələcəklər.

Avroliqa ilə bağlı qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-i keçiriləcək iclasında təsdiqlənəcəyi vurğulanıb.

 


Etiketlər:  UEFA nın Avropa Liqası qərarı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ