Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Spartak''ın baş məşqçisindən Ayaz Quliyev açıqlaması

''Spartak''ın baş məşqçisindən Ayaz Quliyev açıqlaması

Tarix: 16 Iyun 2020 16:44

Rusiyanın "Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev haqda danışıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin bu mövsümün sonuna kimi əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib: "Ayazla problemimiz oldu, o, hazırda əsas komandada deyil. Amma klub daxilində baş verənlər komandada qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Hazırda onun qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündür, qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planları yoxdur".

Qeyd edək ki, Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib.

 


Etiketlər:  Spartakın baş məşqçisindən Ayaz Quliyev açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ