Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 16:57
Bakı. İlhamə İsabalayeva – Trend:
Tədrisi digər dillərdə aparılan bölmələr üzrə 1-ci sinfə qəbul üçün həm canlı, həm də onlayn müsahibələr videogörüntüyə alınaraq arxivləşdirilir.
Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.
Onun sözlərinə görə, bəzən valideynlər müsahibədə veriləcək sualların bilikyönümlü olacağı barədə düşünürlər:
"Ancaq biz bəzən uşağa səhər naharında nə yeyib və s. kimi sadə suallar veririk. Uşağın müsahibini anlayıb ona həmin dildə cavab verməsi kifayət edir. Bəzən canlı müsahibədə valdeynin uşaqla həmin dildə danışmasını istəyirik və bu da bizim üçün kifayət edir. Ona görə də valideynlərin heç bir sual axtarması lazım deyil”.
Müdir müavini bildirib ki, adətən, 3 iş günü ərzində müsahibələrin nəticəsi haqqında valideynin şəxsi kabinetinə və qeydiyyatdan keçdiyi nömrəyə məlumat göndərilir.