Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 11:56
"Bu gün ölkəmizdə 17 iyun - Tibb işçilərinin peşə bayramı günü qeyd edilir. Ulu öndər tərəfindən 2001-ci ildə bu günün təyin edilməsi səhiyyə sahəsində verilən böyük dəyərin nümunəsi idi".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu öndər bütün sahələrdə olduğu kimi Azərbaycanın səhiyyə sahəsini də daim diqqət mərkəzində saxlayırdı: "Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkə səhiyyəsinin inkişafının da yeni mərhələsi başlandı, bir çox uğurlara imza atıldı, məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etmək mümkün oldu.
Həmçinin ölkənin səhiyyə sisteminin qanunvericilik bazasının gücləndirilməsi istiqamətində mühüm və ardıcıl işlər həyata keçirildi. Belə ki, Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında", "Tibbi sığorta haqqında" və s. qanunlar işlənib hazırlandı və qəbul edildi".
A.Həsənova vurğulayıb ki, bu gün bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səhiyyə sahəsinə böyük diqqət və qayğı göstərir. Ötən illər ərzində səhiyyə sisteminin həm infrastrukturunun, həm maddi-texniki bazasının gücləndirilməsi, həm də kadr potensialının inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçiririlib. Bu gün paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün regionlarında müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisələri əhaliyə xidmət göstərir. Belə ki, son illərdə ölkəmizdə 600-dən çox tibb müəssisəsi yenidən tikilib və yaxud əsaslı təmir edilib, ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilib".
A.Həsənova vurğulayıb ki, təəssüflər olsun ki, bu gün koronavirus pandemiyası bütün dünyanı cənginə alıb və dünya səhiyyə sistemini ciddi problemlərə üz-üzə qoyub: "Ölkəmizdə də koronavirusa qarşı ciddi mübarizə aparılır. Əlbəttə ki, bu mübarizə səhiyyə sistemi, həkimlərimiz ön cəbhədə mübarizə aparır, pandemiya dövründə tibb işçiləri öz sağlamlıqlarını və həyatlarını təhlükə altında qoyaraq virusa qarşı mübarizədə peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər.
Bu gün Azərbaycanın koronavirusla uğurlu mübarizəsinin təməlində məhz bu günə qədər səhiyyə sistemində aparılan islahatlar və quruculuq işləri dayanır. Əgər bu gün Azərbaycanın müasir xəstəxanaları və peşəkar tibb heyyəti olmasaydı virusla bağlı mübarizədə vəziyyət daha pis olardı. Mən fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səhiyyə sahəsinə göstərdikləri diqqətə görə dərin minnətdarlığımı bildirirəm və bütün tibb işçilərini, həkimlərimizi ürəkdən təbrik edir və bu məsuliyyətli peşədə onlara uğurlar arzu edirəm".