Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avro-2020-nin VİP paketlərinin qiyməti açıqlandı

Avro-2020-nin VİP paketlərinin qiyməti açıqlandı

Tarix: 13 Iyun 2019 14:28

Avro-2020-nin final mərhələsinin oyunlarını izləmək istəyən azarkeşlər üçün rəsmi qonaqpərvərlik paketlərinin qiymətləri açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, paketlər üç müxtəlif kateqoriyaya bölünüb. Bunlar "The Suite" (şəxsi kabinetlər), "The Lounge" (Biznes zalları) və "The 2020 Club" (Rahat şəraitli klublar) adlanır.

"The Suite" və "The Lounge" paketləri 980 avrodan başlayan qiymətlərlə təklif olunur. Azarkeşlər "The 2020 Club" paketlərini isə 780 avrodan başlayan qiymətlərlə əldə edə bilərlər.

Bakı Olimpiya Stadionundakı oyunlarda "The 2020 Club" paketi 780 avrodur. Azarkeşlər bu arenadakı qızıl paketləri isə 1400 avroya əldə edə bilərlər. "The 2020 Club" paketinə oyun bileti, məkan və yeməklər daxildir.

Qeyd edək ki, AVRO-2020 üçün bilet satışının ilk mərhələsi bu gündən iyulun 12-dək keçiriləcək. Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində təşkil olunacaq. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq. Ən ucuz biletlər Bakı, Budapeşt və Buxarest şəhərlərindəki oyunlar üçün nəzərdə tutulub. Bu şəhərlərdəki matçlara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.

 


Etiketlər:  Avro 2020 VİP paketlərinin qiyməti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ