Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 15:12
Bir müddət öncə məşqdə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas karyerasını başa vuracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.az-ın məlumatına görə, 38 yaşlı qolkiper özünün "Tvitter" hesabında gələcəyinin hələlik müəyyənləşmədiyini bildirib: "Bir ay əvvəllə müqayisədə yeni bir xəbər yoxdur. Sabah yenidən həkim müayinəsinə getməliyəm. Hamını bərk qucaqlayıram".
Qeyd edək ki, Kasilyasın bu gün karyerası başa vuracağını elan edəcəyi barədə xəbərlər yayılmışdı.