Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 07:48
Bakı. Trend:
Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa daha 59 nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (KCDC) xəbər verilib.
Bildirilir ki, yoluxma hallarından 51-i yerli əhalidə, digərləri isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 12 257 nəfərə çatıb.
Ötən sutka ərzində koronavirusdan bir ölüm hadisəsi qeydə alınmayıb və ölənlərin sayı 280-ə yüksəlib. Hazırkı dövrədək 10 800 nəfər koronavirusdan sağalıb.