Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: Didərginlik halları artıb

BMT: Didərginlik halları artıb

Tarix: 18 Iyun 2020 09:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda zorla didərgin salınma halları bəşəriyyətin 1 faizdən artıq hissəsini (hər 97 nəfərdən birini) əhatə edir və evlərini tərk edənlərin getdikcə daha az qismi evlərinə qayıda bilir.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin Azərbaycandakı ofisindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin sonunadək misli görünməmiş sayda – 79,5 milyon insan didərgin düşüb. BMT QAK heç vaxt belə yüksək rəqəmin şahidi olmayıb. 1990-cı illərdə hər il orta hesabla 1,5 milyon qaçqın evinə qayıda bilirdi. Son onillikdə bu rəqəm təxminən 390 minə enmişdir. Bu isə o deməkdir ki, bu gün didərginlik hallarının artımı qayıdışların sayını xeyli üstələyir.

Ötən ilin sonunadək didərgin düşmüş 79,5 milyon nəfərdən 45,7 milyonu öz ölkələri daxilində başqa ərazilərə köçənlər olub. Qalanları isə başqa ölkələrə köç edənlərdir, onlardan 4,2 milyonu sığınacaq üçün müraciətlərinin nəticəsini gözləyirlər, 29,6 milyonu isə qaçqınlar (26 milyon nəfər) və ölkəsindən zorla didərgin salınan digərləridir:

Şəhər və qəsəbələrdə didərginlik halları geniş yayılıb. Ölkə daxilində köçkün düşmüş insanların üçdə ikisi, əldə olan məlumatlara görə, 2019-cu ildə şəhərlərdə və ya şəhər tipli yaşayış məntəqələrində olanlardır.


Etiketlər:  Didərginlik halları artıb


RƏYLƏR