Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 12:00
Bakı. Trend:
Koronavirus pandemiyası Aİ tarixində çox ciddi çağırış oldu və Avropanın nə qədər həssas olduğunu göstərdi.
Trend-in məlumatına görə, bunu Almaniyanın Kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı deyib.
Kansler iyulun 1-dən etibarən Almaniyanın Aİ-də sədrliyə başlamasını xatırladaraq üzərilərinə nə qədər böyük məsuliyyət düşdüyünü bir daha qeyd edib: "Biz bir tərəfdən böhranı aradan qaldırmalıyıq, digər tərəfdən Avropanı daha rəqabətqabiliyyətli etməliyik".
A.Merkel daha sonra qeyd edib: "Avropanın Almaniyaya ehtiyacı var, necə ki bizim ona ehtiyacımız var".