Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqamızın bombardiri 4 futbolçudan hansı olacaq? – PFL-dən açıqlama

Premyer Liqamızın bombardiri 4 futbolçudan hansı olacaq? – PFL-dən açıqlama

Tarix: 18 Iyun 2020 16:40

Bu gün rəsmən dayandırılan Azərbaycan Premyer Liqasında bombardirin kim olacağı maraq doğurur.

Məsələ burasındadır ki, 20 tura kimi 4 futbolçu eyni sayda qol vurub: Mahir Emreli ("Qarabağ"), Stiven Monroz ("Neftçi"), Peyman Babayi ("Sumqayıt") və Baqali Dabo ("Neftçi") hər biri 7 qolun müəllifi olub.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az saytının sorğusuna cavab olaraq bildirib ki, 2019-20 mövsümünün bombardiri dörd futbolçunun hamısı elan ediləcək:

“Bu mövsümün əsasnaməsinə görə, əgər futbolçular bərabər sayda ən çox qol vurursa, bu halda hamısı ən yaxşı bombardir sayılır. Həmin futbolçular arasında kimin daha az və ya çox matçda fərqlənməsi əsas götürülməyəcək. Əvvəllər bizdə belə bir təcrübə olub. Hazırkı mövsümün əsasnaməsində isə yoxdur”.

PFL-dən həmçinin bildirilib ki, adları çəkilən dörd oyunçunun bombardir olması yaxın vaxtlarda rəsmi şəkildə elan olunacaq.

 


Etiketlər:  Premyer Liqamızın bombardiri 4 futbolçudan hansı olacaq PFL dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ