Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei Mate 40 haqqında yeni detallar ortaya çıxdı - İDDİA

Huawei Mate 40 haqqında yeni detallar ortaya çıxdı -  İDDİA

Tarix: 18 Iyun 2020 22:48

"Ağıllı" telefon bazarında ABŞ embarqosundan sonra bəzi çətinliklər yaşayan Huawei Mate 40 ilə balansı bərpa etməyə çalışır.

Sonxeber.net ted.az-a istinadən hələ təqdimatından əvvəl adından xeyli söz etdirən bu model haqqında bəzi iddialar ortaya çıxıb.

Əvvəlcə onu qeyd edək ki, smartfonun ən maraqla gözlənilən hissəsi, sözsüz ki, 108 Mp-lik kamerasıdır. Telefonun kamerasının tam olaraq necə olacağı bilinmir. Amma iddia edilir ki, kameranın obyektivləri sərbəst biçimdə olacaq.

Bu gün ortaya çıxan iddialarda vurğulanır ki, 108 Mp-lik kamera həm Mate 40, həm də Mate 40 Pro-da qarşımıza çıxacaq.

Sızdırılan məlumatalara görə, telefon Kirin 1020 prosessoru ilə təmin ediləcək. Prosessorun isə öz növbəsində Cortex A77 və ya A78 nüvəsi daşıyacağı deyilir. Bu iddialar doğru olduğu halda, sözügedən prosessor sələfi Kirin 990-a nisbətən 50 faiz daha yaxşı performans göstərəcək.


Etiketlər:  Huawei Mate haqqında yeni detallar ortaya çıxdı İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ