Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 10:18
"Rostov"un qapıçısı Sergey Pesyakovun xanımı Kseniya “Soçi” klubunu təhqir edib.
Qol.az xəbər verir ki, o, orta barmağını göstərdiyi fotonu paylaşaraq "qalibləri təbrik edirik" sözlərini yazıb. "Rostov"un baş məşqçisi Valeri Karpinin həyat yoldaşı Darya və Aleksey İonovun həyat yoldaşı Yana da bu aksiyaya qoşulub.
Qeyd edək ki, Rusiya Premyer Liqa təmsilçisi "Rostov"un 6 futbolçusunda koronavirus tapılsa da, "Soçi" oyunun təxirə salınmasına razı olmayıb və 10:1 hesabı ilə qələbə qazanıb. Onların bu addımı qonşu ölkədə etiraza səbəb olub.
Ətraflı burada