Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədən hərarəti yüksək olanlar bu şərtlə imtahana buraxılacaq

Bədən hərarəti yüksək olanlar bu şərtlə imtahana buraxılacaq

Tarix: 20 Iyun 2020 13:08

"Biz çalışacağıq və bu məsələyə baxacağıq ki, bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayanlar doğrudan xəstə deyilsə, onun iştirakı ətrafdakılar üçün təhlükəli deyilsə, həmin abituriyentləri buraxılış imtahanına buraxaq. Biz adətən onları yaşadıqları yerlərdə imtahana daxil edirik, amma indi bilmirik ki, onlar hansı coğrafi bölgədə yaşayırlar".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, birinci həftədə buraxılış inmtahanda 45 gündən çox, ikinci həftədə 47 min abituriyent imtahan verib:

"İmtahanda iştirak edənlərin sayı ümumi abitiriyentlərin sayı ilə müqayisə edilə bilməz. Bundan əvvəl də yoluxucu xəstəliyi olanların imtahana daxil olma cəhdləri olmuşdu. Biz onları da imtahana daxil etməmişdik. Sentyabr ayında buraxılış imtahanı keçirəcəyik".


Etiketlər:  Bədən hərarəti yüksək olanlar şərtlə imtahana buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ