Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 17:40
Bakı. Trend:
Rusiyanın Smolensk şəhərində Azərbaycan vətədanşı olan tələbəni qətlə yetirən şəxs Volqoqrad şəhərinin Voroşilov rayonunda saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi məlumat yayıb.
Bildirilir ki, cinayəti törədən şəxs taksidə saxlanılıb və polisə müqavimət göstərməyib. Hazırda onun Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.
Xatıraldaq ki, iyunun 12-si Volqoqrad şəhərinin Voroşilov rayonunda Tibb Uiversitetinin birinci kurs tələbəsinin meyiti aşkar edilmişdi. Hüquq-mühafizə orqanlarındakı mənbə "TASS"a meyiti aşkarlnan şəxsin Azərbaycan vətəndaşı olduğunu bildirmişdi.