Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramil Şeydayevin tərk etdiyi klubda koronavirus şoku

Ramil Şeydayevin tərk etdiyi klubda koronavirus şoku

Tarix: 21 Iyun 2020 19:26

Dinamo Moskva-nın üç futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada, Şarl Kabore, Sebastyan Şimanski və Klinton Njinin koronavirusa yoluxduğu bildirilib. Futbolçular komandadan ayrılaraq, karantinə alınıblar.

Rusiya Premyer Liqası rəhbərliyi bu gün keçirilməli olan Krasnodar - Dinamo matçını təxirə salıb. Qarşılaşma iyulun 19-da keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan millisinin üzvü Ramil Şeydayev Moskva Dinamo-sunda oynayırdı.

Milli.Az


Etiketlər:  Ramil Şeydayevin tərk etdiyi klubda koronavirus şoku


RƏYLƏR