Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 11:18
Bakı. Trend:
İyunun 12-də ABŞ səfiri Li Litzenberqer, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov Zaqatalada yeni Qadın Resurs Mərkəzinin (QRM) və Gənclərin Məşğulluq və Təlim (Syslab) Mərkəzinin açılışında iştirak ediblər.
QRM və Syslab mərkəzi USAID-in dəstəklədiyi və BMT-nin İnkişaf Proqramının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlıq şəklində icra etdiyi Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsi çərçivəsində təsis ediliblər.
Kompüter və internetə çıxış, təqdimat bacarıqları, maliyyə savadlığı və biznesin inkişafı üzrə təlimlər, evdən xaric əlverişli sosial məkan kimi müxtəlif xidmətlər vasitəsilə 200-ə yaxın üzvü olan Zaqatala Qadın Resurs Mərkəzi qadınlar üçün iqtisadi və sosial həyatda iştirak imkanları yaradır. Zaqatalada 15 sahibkar qadın kiçik biznesinə dəstək qrantı almaq üçün seçilib. Səfir Litzenberqer həmin qadın bizneslərdən ikisinə – dərzi və təsviri incəsənət mərkəzinə – baş çəkib.
Gənclərin Syslab mərkəzi məşğulluq bazarında daha səriştəli namizədlər olmaqları üçün gənclərə peşəkar təlim proqramı və mentorluq xidmətləri təklif edir və onları potensial işəgötürənlərlə əlaqələndirir. Bu günə qədər Zaqataladakı mərkəz 29 gəncə tərcümey-halın hazırlanması, iş müsahibəsi, karyera planlanması və şəbəkələşmə üzrə təlim keçib.
ABŞ səfiri Litzenberqer Zaqatalanın Muxax kəndində Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən idarə olunan yeni Aqrar Xidmət Mərkəzinin açılışında iştirak edib. Mərkəz traktorlar, çiləyicilər və otçalan maşınları icarəyə verəcək və aqrar məsləhət xidmətləri təklif edəcək. Bu cür avadanlıqları almaq və tam ştatlı aqronom işə götürmək imkanı olmayan kiçik fermerlər münasib ödəniş qarşılığında bu avadanlıqlardan və xidmətlərdən yararlana biləcək. Bu xidmətlər sayəsində fermerlər torpaq sahələrinin səmərəliyini təkmilləşdirə, istehsalı və məhsuldarlığı artıra, habelə gəlirlərini artıra bilərlər. USAID həmin mərkəzi kənd təsərrüfatı avadanlıqları, o cümlədən Amerikanın AGCO şirkətinin istehsalı olan iki Valtra traktoru ilə təmin edib. USAID Azərbaycanda mindən çox fındıq istehsalçıları ilə işləyərək müasir becərmə təcrübələrini təqdim edib, habelə emal müəssisələrinə dəstək göstərib. USAID-in dəstək göstərdiyi fındıq istehsalçıları və ixracatçıları ixraclarını 36 milyon ABŞ dolları həcmində artıra biliblər.
İyunun 13-də ABŞ səfiri Litzenberqer Zaqatalanın Yuxarı Çardaxlar kənd sakinləri ilə texniki su təminatı layihəsinin başa çatmasını qeyd edib. Layihə nəticəsində icmanın 24 000-dən sakinin su təminatı yaxşılaşacaq. Layihə Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra etdiyi USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində həyata keçirilib.
2011-ci ildən SEDA icmaları 145 layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin