Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 16:40
Bakı. Samir Əli - Trend:
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan torpaq yollarla rayonlara və ya rayonlardan adıçəkilən ərazilərə keçməyə cəhd edənlərin qarşısını almaq üçün Baş Dövlət Yol Polıisi İdarəsi texniki vasitələri işə salıb.
Bu barədə Trend-ə açıqlamasında idarəsnin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, artıq həmin ərazilərdəki karantin postları istiqamətində olan yollarda müşahidə kameraları və digər texniki vasitələr fəaliyyət göstərir:
"Karantin postları istiqamətindəki yollar artıq həmin texniki vasitələrlə nəzarət altındadır, müşahidələr aparılır. Karantin postu istiqamətində hərəkət edən və karantin postundakı kameralarda görsənməyən avtomobillər texniki vasitələrlər müəyyən ediləcək və həmin avtomobilin torpaq yollarla postu gizli keçdiyi aşkarlanacaq. Həmin avtomobillər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülərə tövsiyyə edirik ki, karantin postundan kənar torpaq yollarla rayonlara və ya rayonlardan sərt karantin tətbiq edilən ərazilərə keçməyə cəhd etməsinlər. Əks halda həmin hərəkət iştirakçısı müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar".