Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı qadın müğənni mərcdə xeyli pul uduzub: Gözünü çıxardacam - FOTO

Azərbaycanlı qadın müğənni mərcdə xeyli pul uduzub: Gözünü çıxardacam - FOTO

Tarix: 22 Iyun 2020 17:40

"O nədir ki, Teymur müəllimə uduzmusan, camaatın pulunu verməmisən?".

Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"də Əməkdar artist Nüşabə Ələsgərliyə müraciə edib.

Müğənni aparıcının sözlərini təsdiq edib:

"Bəli, Teymur Əmraha mənim borcum var. Onunla bir balaca mərc çəkişmişik, uduzmuşam". 

Zaurun "Neçə manat borcun var?" sualına müğənni əsəbiləşib:

"Onun neçəsini neynirsən sən? Pulunu verəcəm". 

Nüşabə Teymur Əmrahla nə mərc etdiklərini də efirdə açıqlayıb:

"Rəhmətlik bir gözəl sənətkarımız var idi. Mən dedim ki, o, Xalq artisti olmuşdu, o isə dedi ki, yox, elə Əməkdar artist kimi rəhmətə gedib. Söhbət gözəl sənətkar Yaşar Səfərovdan gedir". 

Zaur uduzduğu məbləği açıqlamayan Nüşabənin Teymur Əmraha min manat verəcəyini efirdə açıqlayıb. Nüşabə Zaurun bu açıqlamasına "Teymur Əmrah, sənin gözünü çıxardacam. Gərək efirə zəng edib deyəsən?" sözləri ilə reaksiya verib.

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Azərbaycanlı qadın müğənni mərcdə xeyli pul uduzub Gözünü çıxardacam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ