Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 19:30
Bakının Xətai rayonunun polisləri tərəfindən qəsdən törədilmiş qətl hadisəsinin detalları aşkarlanıb.
Sonxeber.net bildirir ki, hüquq-mühafizə orqanlarından Oxu.az-a verilən məlumata görə, iyunun 19-da Sarayevo küçəsində, ev 13-B-də qətl hadisəsi baş verib.
Cinayətin qurbanı, 1992-ci il təvəllüdlü Ağcabədi rayon sakini B.M. olub. Gəncə 11 bıçaq zərbəsi vurulub.
İlkin istintaq zamanı müəyyən edilib ki, həmin ünvanda kirayə qalan Kürdəmir rayon sakini Kənan Əbdürrəhmanovun qətldə əli olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə həyata keçirilmiş axtarış tədbirləri nəticəsində şübhəli şəxs tutulub.
Ağır cinayətin motivi də məlum olub. Alınan məlumatlara görə, K.Əbdürrəhmanov plastik pəncərə və qapı istehsalı emalatxanasında işləyib. İyunun 19-da işdən sonra kifayət qədər spirtli içki qəbul edib. "Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığındakı körpünün altından evə gedən zaman özünü fahişə kimi təqdim edən qız ona yaxınlaşıb. O, K.Əbdürrəhmanova pullu intim xidmət təklif edib və həmin şəxs də razılaşıb. Onlar birlikdə K. Əbdürrəhmanovun kirayə götürdüyü mənzilə gəliblər.
Burada özünü fahişə kimi təqdim edən şəxs əslində transgender olduğunu deyib. Bunu bilən və məyus olan kişi onunla vaxt keçirmək fikrindən əl çəkib və 30 manat verib.
Ancaq bu məbləğ seks işçisini təmin etməyib və o, müştəridən 100 manat tələb edib. Lakin K.Əbdürrəhmanov transgenderin tələbini yerinə yetirməkdən imtina edib. Bu zaman o, bıçaq çıxararaq kişini qolundan yaralayıb.
Bundan əsəbiləşən K.Əbdürrəhmanov təcavüzkarın əlindən soyuq silahı alıb, ona 11 zərbə endirib, nəticədə o, yerindəcə ölüb. Sonra şübhəli cəsədi polietilenə sarıyıb, lentlə bağlasa da ondan qurtula bilməyib.
Polisin artıq onu axtardığını bilən kişi hadisə yerindən qaçıb. Transgender münaqişə zamanı səs-küy salaraq qonşuların diqqətini çəkibmiş.
Qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb, rayon prokurorluğu tərəfindən araşdırma aparılır.