Tarix: 23 Iyun 2020 00:40
"Keşlə” dövrələrarası fasilədə ilk transferini reallaşdırıb. Qol.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Tural Axundovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son iş yeri “Neftçi” olub.