Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 14:08
Bakı. Trend:
ABŞ-ın hərəkətləri Yaxın Şərq regionunda sabitliyə ciddi təhdiddir.
Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib.
O bildirib ki, son iki il ərzində ABŞ hökuməti bütün beynəlxalq qaydaları pozur:
“ABŞ hökuməti bu müddət ərzində bütün beynəlxalq strukturları və qaydaları pozaraq, iqtisadi, maliyyə və hərbi imkanlarından istifadə etməklə aqressiv yanaşma nümayiş etdirir, regionda və dünyada sabitliyə ciddi təhdid törədir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin