Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 05:00
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa yoluxanların sayının gələn həftə 10 milyonu ötəcəyini proqnozlaşdırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Baş direktor bildirib: "Gələn həftə COVID-19 xəstəliyinə yoluxanların sayının 10 milyonu keçəcəyini gözləyirik".
Onun sözlərinə görə, koronavirusa yoluxanların sayı artıq 9,1 milyonu, ölənlərin sayının isə 470 mini keçib: "Koronavirusun yayıldığı ilk ay bizə 10 mindən az yoluxma haqqında məlumat gəldi, son ay ərzində isə bizə artıq 4 milyondan artıq yoluxma halı barədə məlumat verilib".