Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 14:12
Azərbaycanda lisenziyaları ləğv edilmiş "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin ümumi kredit portfeli 1,16 milyard manat təşkil edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Amrah Bank"ın kredit portfeli 23,6 milyon manat, "Atabank"ın kredit portfeli 414,4 milyon manat, "NBC Bank"ın kredit portfeli 173,5 milyon manat, "AGBank"ın kredit portfeli 305,4 milyon manata bərabərdir.