Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei-dən 2 ekranlı yeni smartfon

Huawei-dən 2 ekranlı yeni smartfon

Tarix: 25 Iyun 2020 22:12

Huawei Mate X adlı qatlana bilən smartfon modeli üzərində işləyir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət hələ təqdim olunmamış smartfon modelinin patent fotolarını təqdim edib. Fotolardan aydın olur ki, smartfon ənənəvi dizayndadır. Əsas özəlliyi isə 2 ekranının olmasıdır.

Hələ adı açıqlanmayan smartfonun arxa panelində kvadrat formalı köməkçi ekran yerləşdirilib. Bu ekran daxil olan zənglərin, hava proqnozu məlumatlarının, bildirişlərin baxılması və Always on Display rejimində digər məlumatların əks olunması üçün nəzərdə tutulub. Bununla yanaşı, istifadəçi köməkçi ekrandan selfie kamera kimi də yararlana bilər.

Smartfonun aşağı hissəsində USB Type-C girişi və 3.5 mm-lik audiogiriş yerləşir. Yandırıb-söndürmə və səsin tənzimlənməsi düymələri telefonun sağ tərəfindədir. Həmin hissədə həmçinin əlavə köməkçi düymə də yerləşdirilib. Bu düymə isə səsli köməkçinin işə salınması üçün nəzərdə tutulub.


Etiketlər:  Huawei dən ekranlı yeni smartfon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ