Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Mahmudov: Azərbaycan səhiyyəsi bu çətin gündə Bəhram Bağırzadə timsalında bütün xəstələrin müalicəsində uğurlar qazanacaq

Rəşad Mahmudov: Azərbaycan səhiyyəsi bu çətin gündə Bəhram Bağırzadə timsalında bütün xəstələrin müalicəsində uğurlar qazanacaq

Tarix: 25 Iyun 2020 23:09

Bakı. Asif Mehman - Trend:

Yayılan səs yazısı Bəhram Bağırzadənin səsi idi, amma unutmamaq lazımdır ki, iyunun 6-da yüksək hərarəti olan Bəhram Bağırzadənin iyunun 7-də götürülən "COVİD-19" testi müsbət çıxıb. Həmin səs yazısı dostlarına göndərdiyi ailəsinin dediyinə görə, həmin tarixə olan səs yazısıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov “ATV aktual” verlişində deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadə ayın 10-da çəkilən kompyuter tomoqrafiyasına qədər koronavirus xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi. Bəhram Bağırzadə ayın 12-də yenidən şikayətlərinin artması, boğulma hissinin artması ilə birlikdə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq ağciyərin böyük hissəsinin artıq zədənləndiyi məlum oldu. EKMO-ya bağlandı və EKMO-ya bağlandıqdan sonra, ayın 19-da ağciyərin, demək olar ki,100 faizədək hissəsinin zədələndiyi aşkar olundu:

"Mən əminəm ki, Azərbaycan səhiyyəsi bu çətin gündə Bəhram Bağırzadə timsalında Azərbaycandakı xəstələrin müalicəsində uğurlar qazanacaq və biz bu yolda hamını sevindirəcəyik".

Qeyd edək ki, Bəhram Bağırzadənin son vəziyyəti stabil, kritik ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir. Onun vəziyyətində cüzi yaxşılaşma müşahidə edilir


Etiketlər:  Rəşad Mahmudov Azərbaycan səhiyyəsi çətin gündə Bəhram Bağırzadə timsalında bütün xəstələrin müalicəsində uğurlar qazanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ