Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təxminən 20 TB tutumunda olan sərt diskin satışına başlanılıb

Təxminən 20 TB tutumunda olan sərt diskin satışına başlanılıb

Tarix: 27 Iyun 2020 08:52

Avropada təxminən 20 TB tutumunda sərt diskin satışına başlanılıb. Sözügedən qurğunu "Western Digital" şirkəti istehsal edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, rəsmən "WD181KRYZ" adlandırılmış model 18 TB-lıq yaddaşa malikdir. Bu halda istehsalçı şirkət qoşulma üçün konnektor kimi "SATA 6 Qbit/s" interfeysini seçib. Qurğunun qiyməti 650 avro məbləğində qiymətləndirilib.

Qeyd etmək lazımdır ki, "Western Digital" şirkətinin 16 TB-lıq oxşar sərt diskinin qiyməti 582 avroya bərabər idi.

Milli.Az


Etiketlər:  Təxminən tutumunda olan sərt diskin satışına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ