Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 14:22
Bakının Xəzər rayonunun istintaq orqanı Binə qəsəbəsində pedofiliya (uşaqbazlıq) faktını araşdırır.
Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
37 yaşlı iki qız anası (adlar etik səbəblərə görə çəkilmir) 3-cü Polis Bölməsinə yetkinlik yaşına çatmayanlara münasibətdə cinsi xarakterli hərəkətlər barədə məlumat verib.
Qadının sözlərinə görə, iyunun 21-də yaşadığı evin həyətində qonşularından biri onun 12 və 11 yaşlı qızlarına qarşı seksual hərəkətlər edib. Uşaqlar bu barədə analarına xəbər veriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qeyd etdiyinə görə, kişinin şəxsiyyəti müəyyənləşdirilib, lakin o, hələlik saxlanılmayıb. Hazırda şübhəlinin göstərilən cinayətdə iştirakının müəyyən edilməsi üçün yoxlama aparılır.