Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü? - AÇIQLAMA

Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü? - AÇIQLAMA

Tarix: 27 Iyun 2020 15:38

Çay, göl və ya dənizdə koronavirusa yoluxmaq mümkün deyil. Su yayda davamlı olaraq günəş şüalarının təsirinə məruz qalır ki, bu da virusu məhv edir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

O, COVID-19-un hava-damcı yolu ilə yayıldığını xatırladıb.

Alimin sözlərinə görə, açıq su hövzələrində bakteriya və ya parazitə yoluxmaq mümkündür, ancaq koronovirus məsələsində bu, keçərli deyil.

"COVID-19-un su ilə yayıla biləcəyinə dair heç bir elmi dəlil yoxdur. Nəzərə almaq lazımdır ki, açıq su hövzələrində yüksək insolyasiya var, bu isə koronavirusa məhvedici təsir göstərir", - deyə mütəxəssis bildirib.


Etiketlər:  Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ