Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 22:21
Orqanizmdə, qanda maqniy elementinin defisiti, azlığı Hipomaqniemiya adlanır. Bu son elmi tibbi araşdırmalarda müasir dünyanın gizli epidemiyası adını alıb. Niyə? Çünki çox adam bir çox xəstəliklərinin səbəbini maqniy çatışmazlığında olduğunu bilmir, həkimlər isə bu defisiti sanki görməzdən gəlir.
Sonxeber.net medicina.az-a istinadən bu gizli qatilin elə gizli də simptomlarını təqdim edir. Çoxunuza bu simptomlar tanış gələcək.
Maqniy orqanizmdə 300 fermentativ sistemin kofaktorudur. 100ə yaxın biokimyəvi reaksiyada iştirak edir, sinir və əzələlərin işini tənzimləyir, təzyiqə cavabdehdir. Maqniy azdırsa, deməli kaliy və kalsium da azdır. Ürək ritmi, əzələ yığılması, sinir impulslarının düzgün ötürülməsi maqniy sayəsində mümkün olur.
Hər insana sutkalıq 400 mq maqniy lazımdır. Amma indi heç kim bu dozanı qidadan ala bilmir. Çünki zəif qidalanmağımız buna imkan vermir.
Stress, gərginlik, depressiya və fiziki iş isə bədəndə ehtiyatda olan maqniyi daha da aktiv xərcləyir.
Əlamətləri:
- Ürəkdə səbəbsiz başlayan pozulmalar - adətən ürək müayinəsi heç nə göstərmir. Aritmiya, taxikardiya, təngnəfəslik, sıxılma, nəbz pozğunluğu və s
- Yuxusuzluq - insan rahat yata bilmir
- Gecələr ayaqda qıcolmalar, uyuşmalar, narahat ayaqlar sindromu
- Əsəbilik, stress, nevroz, depressiya
- Səbəbsiz ürək bulanma
- İştahsızlıq
- Qəbizlik
- Daimi yorğunluq
- Bəzən əzələlərin öz-özünə atması, səyriməsi
- Üzdə sinir atması
- Bəzi dərmanların əks təsiri dərhal özünü göstərir
- Orqanizmin gücdən düşməsi
Necə müalicə etməli?
İlk növbədə acqarına qanda maqniy, kaliy, kalsium analizi verilir. Bunlar bir-birinə bağlı və asılı minerallardır. Analiz nəticələri kəskin defisit göstərərsə, endokrinoloq sizə bu mineralların dərman preparatlarını müvafiq dozada təyin edir. 2 ay qəbul etdikdən sonra yenidən analiz verilir.
Maqniylə zəngin qidalar: qəhvəyi düyü, qarabaşaq, küncüt, çərəzlər, quru meyvələr, balıq, süd məhsulları, günəbaxan tumu, ispanaq, soya, araxis, yulaf, dəniz kələmi, fındıq, şokolad, herkules, noxud