Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 14:34
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Gənc qapıçı Nicat Mehbalıyev bundan sonra Bakı klubunun uğurları üçün çalışacaq.
Azərbaycan U-21 millisinin üzvü olan qolkiperlə 3 illik müqavilə bağlanıb.
19 yaşlı qapıçı karyerası ərzində "Qarabağ" və "Sumqayıt" klublarında çıxış edib.
Qeyd edək ki, "Sabah" daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.