Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış transplantoloq iş yerini dəyişdi

Tanınmış transplantoloq iş yerini dəyişdi

Tarix: 28 Iyun 2020 14:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.

Bunu Trend-ə M.Kazımi deyib.məlumat verib. O, Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti ayrıldığını söyləyib:

“Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb. Bu xəstəxananın əməkdaşları fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.


Etiketlər:  Tanınmış transplantoloq yerini dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ