Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

Tarix: 15 Iyun 2019 10:52

Bakı. Trend:

May-iyun aylarında kosmik sahədə ən qabaqcıl təşkilat və universitetlərin iştirakı ilə keçirilən “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” sona çatıb.

Trend-in məlumatına görə, builki müsabiqədə “NASA”, “Avropa Kosmik Agentliyi”, “Almaniya Aerokosmik Mərkəzi”, Fransanın yüksək avionika, kiber təhlükəsizlik sahəsində xidmət göstərən “Thales şirkəti” kimi təşkilatların yer aldığı 73 komanda iştirak edib. Azərbaycan ilk ən yüksək nəticə göstərən 20 komanda sırasında yer alıb.

Ölkəmiz “Azərkosmos”un Tədqiqat və İnkişaf Mərkəzinin “TM komandası” tərəfindən müsabiqədə təmsil olunub. Çempionatda ikinci dəfə təmsil olunmasına baxmayaraq, “TM komandası” çempionatın qarşıya qoyduğu tapşırığı uğurla həll edib. Bununla, “TM komandası” “Moskva Dövlət Universiteti”, “Hindistan Elmlər Akademiyası”, “Çin Elmlər Akademiyası”, “Koreya Yüksək Elm və Texnologiya İnstitutu”, “Sidney Universiteti”, “Kaliforniya Dövlət Politexnik Universiteti” və digər nüfuzlu universitet və təşkilatların təcrübəli komandalarını geridə qoyaraq 18-ci yerə layiq görülüb.


Etiketlər:  Azərbaycan Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatında uğurlu nəticə göstərib


RƏYLƏR