Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 16:44
Bakı. Trend:
İraqın şimalında "Pençe-Kaplan" antiterror əməliyyatının keçirildiyi rayonda Türkiyə ordusunun hərbçisi həlak olub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, hərbçi terrorçulara toqquşmalar zamanı həlak olub.
Xatırladaq ki, daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı çərçivəsində 9 PKK terrorçusunun məhv edilməsi barədə məlumat verilmişdi.