Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 20:40
Bakı. Trend:
Almaniya hökuməti ABŞ-a qarşı sanksiyalar hazırlayıb.
Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, sanksiyalar Vaşinqtonun "Şimal axını - 2"yə qarşı yeni tədbirlər tətbiq edəcəyi təqdirdə qüvvəyə minəcək:
"Prezident Donald Tramp "Şimal axını - 2" qaz boru kəmərini əlavə sanksiyalarla bitirmək təhdidlərini həyata keçirəcəyi təqdirdə, Almaniya ABŞ-a qarşı cavab tədbirləri görəcək".
Qeyd edilir ki, Almaniya Kansleri Angela Merkel Avropa İttifaqına birgə addım atmaq üçün təzyiq göstərə bilər.