Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 10:34
Bakının Xəzər rayonunda polis qeyri-qanuni fəaliyyət göstərən restoranda reyd aparan zaman bədbəxt hadisə baş verib.
Sonxeber.net APA-ya istinadla xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.
Bağlar massivində yerləşən üçmərtəbəli iaşə obyektinin ən üst mərtəbəsində yerləşən restoranın xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə qeyri-qanuni olaraq fəaliyyət göstərməsi ilə bağlı məlumat əldə edilib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları həmin iaşə obyektini aşkarlayan zaman restoranda olan müştəri, 1977-ci il təvəllüdlü Tağıyev Azad Cəbrayıl oğlu məsuliyyətdən azad olmaq üçün özünü pəncərədən yerə atıb.
O, ağır vəziyyətdə - boyun və ayaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.