Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 11:08
İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, platforma Elektron Kredit Platforması ( e-edf.gov.az) adlanır:
"Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.
Platforma pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir, sahibkarlar 3 mln manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platformaya sahibkarın müraciəti daha da asanlaşdıracaq".