Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 13:40
Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.
Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.
Qeyd edək ki, R. Qarayev "Baktel" MMC-nin direktoru olub.
Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.