Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib

Tarix: 1 Iyul 2020 14:10

Bakı. Trend:

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa və Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə Trend-ə açıqlamasında bildirib ki, “2020-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma Dağlıq Qarabağ Respublikasında cərəyan edir və bütövlükdə bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Bu üzdəniraq filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Göründüyü kimi, bu kino lentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər”.

“Bu baxımdan Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi güdən filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq İdarə heyəti bununla bağlı həm Fransanın Azərbaycandakı səfirliyinə eyni zamanda Kan Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubunu bu məzmunda göndərmişik. Ümidvarıq ki, biz istəyimizə nail ola biləcəyik”. -deyə Əli Vəliyev bildirib.


Etiketlər:  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ