Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serxio Ramos evləndi - Şəkillər

Serxio Ramos evləndi - Şəkillər

Tarix: 16 Iyun 2019 16:52

"Real"ın kapitanı Serxio Ramos 7 ildir birlikdə yaşadığı model, aktrisa və jurnalist sevgilisi Pilar Rubio ilə evlənib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Sevilyada təşkil olunan toy məclisinə 500 nəfər dəvət olunub. Cütlüyün toya çağırdığı qonaqlara maraqlı qadağa qoyulub. Onlar uşaqlarını toya gətirməməklə yanaşı, mobil telefonlarını da evdə qoymalı olublar.

890 min funt-sterlinq dəyərindəki toy mərasiminda futbol ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. "Real"ın baş məşqçisi Zinəddin Zidan, futbolçular - İsko, Dani Karvahal, Qaret Beyl, Tibo Kurtua və "Barselona"nın müdafiəçisi Jerar Pike isə qeyri-müəyyən səbəblərdən toy mərasiminə qatılmayıb.

Qeyd edək ki, Ramos - Rubio cütlüyünün 3 övladı var.

Toy mərasimindən hazırlanmış fotoları təqdim edirik.














Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Serxio Ramos evləndi Şəkillər


RƏYLƏR