Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 13:08
Bakı. Trend:
Rusiya Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş Konstitusiyaya dəyişikliklər bağlı referendumun rəsmi nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, bütün protokollar sayılıb. Yekunda seçicilərin 77,92 faizi dəyişikliklərin lehinə səs verib.
Səsverməd seçici fəallığı 65 faiz təşkil edib.
Qeyd edək ki, referendum aprelin 22-də keçirilməli idi, lakin koronavirus pandemiyası ilə əlaqədar səsvermə təxirə salınmışdı. İyunun 25-dən 30-dək etibarən səsvermə onlayn keçirilib.
Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur.