Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nursultan Nazarbayev koronavirusdan sağalıb

Nursultan Nazarbayev koronavirusdan sağalıb

Tarix: 2 Iyul 2020 14:00

Bakı. Trend:

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

Trend-in məlumatına görə, bu barədə sabiq Prezidentin mətbuat katibi öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, N.Nazarbayevin təkrar verdiyi test mənfi nəticələnib. Həkimlərin tövsiyəsinə əsasən o, özünütəcrid rejimini davam etdirəcək.

Qeyd edək ki, N.Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu. Onun xəstəliyinin simptomsuz keçdiyi məlumat verilmişdi. Bu müddət ərzində o, həkimlərin nəzarətində olub.


Etiketlər:  Nursultan Nazarbayev koronavirusdan sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ