Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Novak Cokoviç koronavirusdan sağalıb

Novak Cokoviç koronavirusdan sağalıb

Tarix: 2 Iyul 2020 18:44

Dünyanın ən güclü tennisçilərindən olan Novak Cokoviç koronavirus xəstəliyindən sağalıb.

Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, serbiyalı tennisçinin növbəti testi mənfi çıxıb.

Bir neçə gün əvvəl virusa yoluxan 33 yaşlı Cokoviç karantinə alınıb və müalicə olunub. Tennisçi bundan sonra da bir müddət təcrid vəziyyətində yaşayacaq.

Qeyd edək ki, Novak Cokoviç 17 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olub.


Etiketlər:  Novak Cokoviç koronavirusdan sağalıb


RƏYLƏR