Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 22:44
Bakı. Trend:
Argentinada enerji təminatında böyük fasilə baş verəndən sonra istifadəçilərin yarısında elektrik enerji təminatı bərpa edilib.
Trend-in məlumatına görə, bu barədə Argentina prezidenti Maurisio Makri deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında enerji təchizatı sistemində yaranan fasilə Argentina və Uruqvayı işıqsız qoyub, Uruqvayda elektrik təchizatı bərpa edilməyə başlayıb.
M.Makri qeyd edib ki, hazırda 50 faiz müştərilərdə hər şey ştat rejimində işləyir:
"Yaxın vaxt ərzində bütün istifadəçilərdə elektrik enerji təminatı bərpa ediləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin