Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA koronavirus əleyhinə boyunbağı hazırladı

NASA koronavirus əleyhinə boyunbağı hazırladı

Tarix: 2 Iyul 2020 21:48

NASA insanların əllərini üzlərinə vurmasının qarşısını alacaq boyunbağı hazırlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, may ayında hazırlandığı barədə elan verilən boyunbağıdan istifadə üçün təlimatlar açıqlanıb.

3D printer ilə hazırlanan boyunbağını taxan şəxs əlini üzünə yaxınlaşdıranda xəbərdarlıq siqnalı ilə qarşılaşır. Beləcə, üzünüzə daha az toxunur və daha az mikroba yoluxurusunuz.

NASA Pulse adı verilən boyunbağını Jet Propulsion Laboratory ilə birgə layihə çərçivəsində istehsal edib.

Boyunbağıda yaxınlıq sensoru yerləşdirilib. Sözügedən sistəm əllərin üzə yaxınlaşdığını təyin edəndə titrəyiş dalğaları göndərir. Əllərin üzə yaxınlığı artıqda bu tutrəyiş də artır.

NASA-nın pulsuz şəkildə paylayacağı boyunbağının əsas məqsədi koronavirusa yoluxma sayının azaldılmasına kömək etməkdir.


Etiketlər:  NASA koronavirus əleyhinə boyunbağı hazırladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ